Koral İst MMC

Koral İst Mmc

Suraxanı, Bakı
Mobil telefon təsdiqli
Qızıl
Mesaj Göndər
İş Sahələri

Kağız məhsulları

Salfet Və Kağız Məhsullarının İstehsalı

Koral İst Mmc haqqında

“Koral İst” MMC 2016-cı ilin əvvəlindən salfet istehsalı sahəsində geniş fəaliyyət göstərir. “Flaminqo” əmtəə nişanı ilə istehsal olunan məhsullarımız Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentləşdirilmiş, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən gigiyenik sertifikatla sertifikatlaşdırılmışdır.  İstehsalda olan peşəkar və təcrübəli işçilər, son texnologiya ilə hazırlanmış avadanlıqlar və keyfiyyətli xammalın istifadəsi şirkətin yüksək keyfiyyətli məhsul istehsal etməsinə imkan verir.

Şirkət bütün növ kağız məhsullarının istehsalı, topdan və pərakəndə satışı ilə məşğuldur. Rusiya və Türkiyədən idxal olunmuş yüksək keyfiyyətli sanitar kağızların əsasında Flaminqo brendi altında patentləşdirilmiş masaüstü salfetlər, mətbəx dəsmalları, tualet kağızları və digər çeşidlərdə məhsullarımız istehsal olunur. Flaminqo salfetləri yüksək keyfiyyətli, 100% sellüloz xammaldan hazırlandığı üçün zərif  və qiymətləri münasib olduğu üçün müştəri məmnuniyyəti qazanmışdır. 

Koral İst MMC həmçinin Ukraynanın Ruta şirkətinin Azərbaycanda rəsmi distribyutorudur. Ruta şirkətinin Ruta, Ecolo, Fesko brendi altında məhsullarının satışı şirkətimiz tərəfindən həyata keçirilir.

Koral İst MMC müştərilərin istəyinə görə hətta istənilən ad və dizaynda məhsulların istehsalını təşkil edir.

Koral İst MMC istehsal etdiyi və satdığı məhsulların Azərbaycanın bütün regionlarına çatdırılmasını təmin edir.

Müştərilər üçün daim endirimlər təklif olunur.

Şirkətin Unikal Ziyarətçiləri

Şərhlər

Şərh Yaz

1-5 arası dəyərləndirin!

İş saatı

Həftə içi 09:00-18:00
Şənbə 09:00-15:00
Bazar Bağlıdır.-
Etiketlər

Yeniliklərdən xəbərdar olmaq istəyirsiniz?


Sektor.az 2018 - Bütün hüquqlar qorunur. Saytın materiallarından istifadə edərkən hiperlinklə istinad edilməlidir.Dizayn və dəstək: Nizam Group