Doors Gallery

Doors Gallery

Bakı Şəhəri, Nərimonav Rayonu, Əhmədbəy Ağaoğlu Küç 12 Nərimanov, Bakı
Onlayn
Mesaj Göndər
Doors Gallery
Bakı Şəhəri, Nərimonav Rayonu, Əhmədbəy Ağaoğlu Küç 12
Nərimanov , Bakı
Sizin Üçün Fərq Yaratmaq Prinsipi İlə Fəaliyyətinə Başlayan Doors Gallery Şirkəti, Türkiyənin Tepe Safe Seyf Qapıları Və Masdoor Otaq Qapıları Fabriklərinin Azərbaycanda Eksklüziv Nümayəndəliyidir. Bizim Showroom-Da Dizaynı İlə Fərqlənən Seyf Qapı Və Ot

Doors Gallery haqqında

Tepe Safe Çelik Qapı 2001-ci ildə Kayseri Organize Sanayi bölgəsində seyf qapı istehsalına başlamış, hal hazırda 10.000 m2 ərazidə istehsalını davam etdirməkdədir.


Tepe Safe Çelik Qapı istehsalında təcrübələrlə dolu bir keçmişə sahibdir. Hər dönəmdə sektora pozitiv qatqısı olmuş, bir çox yeniliyə imza ataraq, öz sahəsində ciddi mənada söz sahibliyinə nail olmuşdur. Hədəflərinə bağlı olan  və onlara çatılmasına sadiq qalan bu şirkət, yüksək mənfəət əvəzinə, daima dürüst bir istehsal prinsipi ilə çalışmış, böyük bir  şirkət olmağın tələblərini hər zaman yerinə yetirmiş və məsuliyyətini dərk etmişdir. Tepe Safe Çelik Qapı şirkəti bundan sonra da eyni məntiq və dəyərlərlə istehsalına sürətlə və qərarlı davam edəcəkdir.


1962-ci ildə fəaliyyətə başlayan Sağlamcılar Orman Ürünleri A.Ş  “Ən yaxşı olmaq və ən yaxşı qalmaq ” prinsipi ile yola çıxaraq, qısa zamanda böyümüşdür. 2004-cü ildə sektorda qazandığı təcrübəni istifadə edərək, “MASPOWER” markası adı altında istehsal prosesinə start verərək, MAS PVC MƏTBƏX QAPISI istehsalına başlamış və  qısa vaxt ərzində mətbəx sektoruna istiqamətlənən bir təşkilat halına gəlmişdir.


2007-ci ildə yüksək bir texnologiya ilə təchiz edilmiş tam avtomatik istehsal və boyama xəttini qurub keyfiyyət parametrlərini zirvəyə çatdırmışdır. Daha sonra istehsalına MAS LAKE MƏTBƏX QAPISI və təbii şipon qapı çeşidlərini də əlavə etmişdir. Eyni zamanda MASDOOR markası ilə mətbəx qapısı istehsalına da başlamışdır.


Sağlamcılar A.Ş ildə 800.000 m2 membran mətbəx qapısı və 125.000 m2 qapı istehsalı gücünə sahib olub  texnolojik yenilikləri təqib edən, istehsal xəttini davamlı yeniləyib gücəndirərək, bununla bərabər həyəcanını qoruyan gənc və dinamik komandası ilə bu günün və gələcəyin dizaynını uyğunlaşdıra bilmək üçün çalışmalarına davam etməkdədir. 45.000 m2 bağlı istehsal xətti və 850 əməkdaşı ilə bütün dünyanın brendinə çevrilməyi bacarmışdır.


MASDOOR markası müştəri yönümlü çalışma prinsipi ilə fəaliyyət göstərərək, onların tələb və problemlərinə  zamanında reaksiya verir. Şirkət, həmçinin, keyfiyyətə nəzarət sistemi ilə  istehsalın bütün mərhələlərinin problemsiz işləməyini təmin etməyə çalışır.

Şərhlər

Şərh Yaz

1-5 arası dəyərləndirin!

İş saatı

Həftə içi 10:00-19:00
Şənbə 10:00-18:00
Bazar 10:00-18:00
Etiketlər

Yeniliklərdən xəbərdar olmaq istəyirsiniz?


Sektor.az 2018 - Bütün hüquqlar qorunur. Saytın materiallarından istifadə edərkən hiperlinklə istinad edilməlidir.