2 Result for all

Watch details
General

RS Horeca

Bakı şəhəri, Azerbaijan

İctimai iaşə sahəsində çalışanların öz işlərini arzuladıqları konsepsiyaya və menyuya uyğun qurulmasında, standartların həyata keçirilməsində, müştərilərin istəklərinin tam qarşılanmasında üzləşdikləri ən böyük maneə avadanlıq və inventar çatışmazlığı olmuşdur. İctimai iaşə, mətbəx və yeməkxana qurmaq sahəsində çoxillik təcrübəmizə, mövcud texniki bazamıza və kadr potensialımıza arxalanaraq, bu çətin problemin həllinin vacibliyini və incəliyini dərk edərək RS-HORECA ilə xidmətinizə gəldik. Bu gün RS-HORECA iaşə və ticarət müəssisələri üçün avadanlıqların kompleks şəkildə təchizatı sahəsində ən dinamik inkişaf edən brendlərdən biridir. Təklif etdiyimiz “açar təhvil” konsepsiyası sayəsində planlarınızın həyata keçirilməsi asanlaşacaq, investisiyalarınız daha təminatlı olacaq. Konseptlərə uyqun olaraq, sənaye mətbəxlərinin, kafe və restoranların, otel və istirahət zonalarında qidalanma sahələrinin qurulması kompleks şəkildə həyata keçirilir və bunun üçün biz aşağıdakı xidmətləri təklif edirik: Layihələndirmə Təchizat Çatdırılma Quraşdırılma İşə salma və təhvil vermə İşçilərin Təlimləndirilməsi Təhvil sonrası dəstək Bizim “one stop shopping” konsepsiyası əsasında fəaliyyət göstərən mağazamız isə müştərilərimizə ən yüksək keyfiyətli və məqbul qiymətə avadanlıq və inventarların alınmasında dəstək olacaq. Burada Sizə ağır və yalnız istehsal prosesində istifadə olunan avadanlıqlarla yanaşı, sağlam, rahat və təhlükəsiz qidalanmanı təmin edən kicik və xırda avadanlıqlar, alət və qablar və digər inventarlar da təklif olunur.

Show on map
  • Closed
  • Unreviewed 0 Reviews 0.0
Watch details
General

Tais-IKF MMC

Bakı şəhəri, Azerbaijan

Qeyri-profilli işlərə vaxt, enerji və vəsait sərf etmək məcburiyyəti şirkətləri əsas fəaliyyətlərindən yayındırır və yığılmış kumulyativ enerjini düzgün istifadə etməyə mane olur. Vahid bir podratçı ilə əməkdaşlıq, fərdi xidmətlərin bir neçə subpodratçıya ötürülməsi ilə müqayisədə, müştəri xərclərini kifayət qədər azaldır. Şirkətdə qeyri-profilli işlərə cavabdeh olan 1 podratçı, 1 əlaqələndirici şəxs ilə işləmək və 1 hesab-faktura altında bütün bu işləri birləşdirmək xidmət təminatçısı ilə qarşılıqlı əlaqə sxemini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Məsələn, daşınmaz əmlak üçün cari xidmətləri (təmizlik, yüngül təmir işləri, təsərrüfat malların təchizatı və sairə) əmlak xaricindəki dövri xidmətlər (enerji idarəetməsi, xüsusi iş, tədbirlərin təşkili, keytering xidməti, ziyanvericilərə nəzarət, planlı təmir və binanın təhlükəsizliyi) ilə birləşdirməklə nəzarətin səmərələliyini optimallaşdırırıq. İnteqrasiya etmək və fərqli xidmətlər göstərmək bacarığı, səmərəli iş axınının və yüksək keyfiyyətli xidmətin təmin edilməsi şirkətimizə müştərilər ilə qarşılıqlı anlaşılan münasibətlərin qurulması, ikitərəfli razılıq əsasında xərclərin və insan resurslarının istifadəsinin optimallaşdırılması, yeni bir modelin qurulmasını təmin edir. Bu model, müştəri ilə tam bir dialoq aparmağa, istək və ehtiyaclarını daha yaxşı anlamağa və dəyişikliklərinə tez cavab verməyə imkan verir. TAİS ilə əməkdaşlıq bir podratçıdan bütün xidmətlər ala biləcəyinizə imkan verəcəkdir.

Show on map
  • Now open
  • Unreviewed 0 Reviews 0.0

Sign In