FAM Group Media MMC
Gəncə şəhəri, AzerbaijanFAM Group Media şirkəti Azərbaycanda bulud hostinq satan və özəl dizaynla yüksək keyfiyyətli kodla sayt hazırlayan azsaylı şirkətlərdən biridir. Sayt hazırlanması və hostinq satışında 6 ildən çox təcrübəyə malikdir. Hazırda saytları həm özəl dizaynla, həm də özəl kodlaşdırma ilə hazırlayırıq, hazırladıqdan sonra isə texniki xidmət göstəririk. FAM Group Media şirkətinin xidmətlərinə bunlar daxildir: qrafik dizayn, saytların hazırlanması və texniki xidmət, saytlar üçün yüksək keyfiyyətli bulud hostinq, Ens.az və digər saytlarda reklam xidməti, Ens.az və digər saytlarda press-reliz xidməti, bütün növ İT işləri (server və şəbəkə təhlükəsizliyi sistemləri, məlumatların bərpası, müasir virtual serverlərin quraşdırılması, mühasibat proqramlarının quraşdırılması və dəstək).
Xəritədə göstərEns.az- 4 dildə xəbərlər və ensiklopediya
Gəncə şəhəri, Azerbaijan"FAM Group Media" MMC rəsmi olaraq 2018-ci ilin iyul ayında təsis olunmuşdur. "FAM Group Media" MMC rəsmi olaraq 2018-ci ilin iyul ayında təsis olunmuşdur. Əsas istiqamətlərimiz İT və Media sahəsidir. Bu yöndə daha əvvəllər əldə etdiyimiz təcrübə bazasında yaratdığımız şirkət artıq qısa müddətdə xeyli uğurlu işlərə imza atmışdır. Şirkətin media istiqamətində fəaliyyəti Ens.az saytı ilə həyata keçirilir. Bu, 4 dildə fəaliyyət göstərən xəbər və ensiklopedik məlumat saytıdır. Saytın başlıca məqsədi ictimaiyyəti müasir dövrün tələbələrinə və çağırışlarına uyğun informasiya və bilgilərə tanış etmək, maarifləndirmə istiqamətində fəaliyyət göstərməkdir. Əsas iş prinsipimiz dəqiqlik, operativlik, tərəfsizlik və obyektivlikdir. Saytımız son illərdə dəb halını almış ucuz sensasiya xatirinə keyfiyyətsiz, ictimai mənafe baxımındam zərərli, əsaslı məzmun daşımayan xəbərləri, dedi -qodu xarakterli yazıları birmənalı şəkildə yerləşdirmir. Ens.az-da habelə sifarişli yazılar, insanların psixologiyasına ağır təsir göstərən faciəvi olaylar- qəza, ölüm və bu kimi kriminal xəbərlər də verilmir. Saytımızın əsas xətti maarifləndirmə olduğu üçün siyasi xarakterli yazılara da yer ayırmırıq. Bu baxımdan istisnaya yalnız ölkəmizin ərazi bütövlüyü və ictimai -siyasi sabitliyin pozulması ilə bağlı yarana biləcək xüsusi zərurət hallarında yol verilə bilər. Saytımızın xəbər blokuna gündəlik 300-400 xəbər əlavə olunur, digər media saytlarında olmayan məqalələr də tərcümə edilərək oxuculara çatdırılır. Ensiklopediya hissəsində 30 minə yaxın məqalə vardır və bu bölmə müntəzəm olaraq zənginləşdirilir. Biz informasiya ilə yanaşı elm, səhiyyə , texnologiya və ümumi dünyagörüşü ilə bağlı maarifləndirici bilgilərin sayına və məzmun dəyərinə görə ölkəmizin internet məkanında öncül yerlərdən birini tuturuq. Biz müasir texnologiyalar barədə məlumat vermirik, onun imkanlarından səmərəli şəkildə yararlanırıq da. Saytımızda səsli xəbərlər bloku var ki, "tənbəl" oxuculara və yaxud səsli məlumat həvəskarları üçün belə bir unikal imkan təqdim edirik.
Xəritədə göstər