6 Bütün nəticələr

Ətraflı izləyin
Ümumi

Təhlükəsizlik kameraları

Bakı şəhəri, Azerbaijan

❖Təhlükəsizlik kameraları ☎ 055 895 69 96 ❖ Hər hansı bir obyek və onun ərazisinin, həmçinin buradakı personalın və ya ziyarətçinin fəaliyyətinə nəzarət etmək üçün təhlükəsizlik kameraları mütləqdir. Təhlükəsizlik kameralarının köməyi ilə Siz oğurluğun və ya məhsul, avadanlıqlardan kobud istifadənin qarşısını ala biləcəksiniz. Bizim mütəxəssislərimiz Sizin obyektə gələrək, ərazinin ölçüsündən və tikilməsindən asılı olaraq, Sizə uyğun olacaq kamera sisteminin bir neçə variantda təklif edəcək. Sizin seçiminizdən sonra dərhal işə başlanılır. Biz bütün təhlükəsizlik sistemlərimizə zəmanət veririk. Bu müddətdə texniki servis Pulsuzdur. Azerbaycanin istenilen bolgesinde xidmet gosteririk. ☎ (012) 480 35 17 (055) 895 69 96 Nigar Efendiyeva ✉ [email protected] [email protected]

Xəritədə göstər
  • Bağlıdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Ümumi

REM Services

Bakı şəhəri, Azerbaijan

Bakıda fəaliyyət göstərən biznes mərkəzləri və ofislərin işçilərini keyfiyyətli və təhlükəsiz yeməklə təmin edən şirkətimiz qısa müddətdə regionda etibarlı keyterinq brendinə çevrilmişdir. Respublikamızın müxtəlif sahələrində təmsil olunan brendimiz BTC, Avrovijn, Avropa Olimpiya Oyunları, TANAP və digər dövlət əhəmiyyətli layihələrdə uğura imza atmışdır. Qazanılmış təcrübə, formalaşmış kadr potensialı, peşəkarlıq və innovativlik fəaliyyətimizin palitrasını, keyfiyətini, miqyasını, növünü və həcmini artırmış oldu. Tarladan süfrəyə güvənli, sağlam, faydalı, dadlı, müştəri zövqünə uyğun yüksək iaşə xidməti şirkətimizin təməl siyasətidir. Təcrübəli və peşəkar aşpazlarımız müştəri ehtiyaclarını və arzularını anlayır, hər gün daha bir iaşə xidmətindən məmnun etmək üçün nə yaradacaqlarını planlaşdıra bilirlər. Sağlam və cazibədar səhər yeməyi, keyfiyyətli, zəngin və tutumlu nahar, faydalı və təhlükəsiz şam yeməyi daxil olan iaşə təklifləri ilə yanaşı, aşağıdakı xidmətlərimizi təqdim edirik Quruda keyterinq xidmətləri Dənizdə keyterinq xidmətləri Vendinq xidmətləri (kofe və çay vendinq maşınların quraşdırılması və təchizatı) Özəl ailə tədbirlərinin təşkili və keçirilməsi Korporativ tədbirlərin təşkili Dizayn-tərtibat xidmətləri Kafe və restoranların idarə olunması və təchizatı

Xəritədə göstər
  • Bağlıdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Ümumi

Tais-IKF MMC

Bakı şəhəri, Azerbaijan

Qeyri-profilli işlərə vaxt, enerji və vəsait sərf etmək məcburiyyəti şirkətləri əsas fəaliyyətlərindən yayındırır və yığılmış kumulyativ enerjini düzgün istifadə etməyə mane olur. Vahid bir podratçı ilə əməkdaşlıq, fərdi xidmətlərin bir neçə subpodratçıya ötürülməsi ilə müqayisədə, müştəri xərclərini kifayət qədər azaldır. Şirkətdə qeyri-profilli işlərə cavabdeh olan 1 podratçı, 1 əlaqələndirici şəxs ilə işləmək və 1 hesab-faktura altında bütün bu işləri birləşdirmək xidmət təminatçısı ilə qarşılıqlı əlaqə sxemini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Məsələn, daşınmaz əmlak üçün cari xidmətləri (təmizlik, yüngül təmir işləri, təsərrüfat malların təchizatı və sairə) əmlak xaricindəki dövri xidmətlər (enerji idarəetməsi, xüsusi iş, tədbirlərin təşkili, keytering xidməti, ziyanvericilərə nəzarət, planlı təmir və binanın təhlükəsizliyi) ilə birləşdirməklə nəzarətin səmərələliyini optimallaşdırırıq. İnteqrasiya etmək və fərqli xidmətlər göstərmək bacarığı, səmərəli iş axınının və yüksək keyfiyyətli xidmətin təmin edilməsi şirkətimizə müştərilər ilə qarşılıqlı anlaşılan münasibətlərin qurulması, ikitərəfli razılıq əsasında xərclərin və insan resurslarının istifadəsinin optimallaşdırılması, yeni bir modelin qurulmasını təmin edir. Bu model, müştəri ilə tam bir dialoq aparmağa, istək və ehtiyaclarını daha yaxşı anlamağa və dəyişikliklərinə tez cavab verməyə imkan verir. TAİS ilə əməkdaşlıq bir podratçıdan bütün xidmətlər ala biləcəyinizə imkan verəcəkdir.

Xəritədə göstər
  • Hazırda açıqdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Ümumi

RPC -CO

Bakı şəhəri, Azerbaijan

Əsası 2003-cü ildə qoyulmuş "RPC-Co" MMC Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparmaq üçün respublikada ilk lisenziya almış şirkətdir. Güclü kadr potensialı formalaşdırmağa və texniki baza qurmağa nail olan şirkətimiz qısa bir zamanda keçmişdən qalmış stereotipləri sındıraraq, bu sahədə böyük dəyişikliklər etmiş, yeni üsul, prosedur və formaların tətbiqini ilk olaraq həyata keçirmişdir. “RPC-Co” MMC ali ixtisaslı epidemioloq, entomoloq, herpetoloq və texniklərdən təşkil olunmuş təcrübəli personalı ilə aşağıdakı xidmətləri effektiv surətdə həyata keçirir: Həşəratlarla mübarizə (Dezinseksiya) Gəmiricilərlə mübarizə (Deratizasiya) Dezinfeksiya işləri İlanlara nəzarət Quşlara nəzarət Sahibsiz itlərə və pişiklərə nəzarət Termitlərlə mübarizə Taxıl, un və digər qida anbarlarının fumiqasiyası Şirkət personalı öz fəaliyyəti zamanı yalnız elmi cəhətdən təsdiqlənmiş prosedurlarla işləyir, müasir avadanlıqlardan və təbiətə minimal təsir edən kimyəvi vasitələrdən istifadə edir. Şirkət 17 illik fəaliyyəti dövründə Bakı Tbilisi Ceyhan, TANAP, Avrovijin, 1-ci Avropa Olimpiya Oyunları kimi dövlət əhəmiyyətli böyük layihələrdə aktiv və səmərəli xidmət göstərməklə sifarişçilərin rəğbətini qazanmışdır.

Xəritədə göstər
  • Hazırda açıqdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Ümumi

RS Cleaning

Bakı şəhəri, Azerbaijan

TAİS İKF olaraq fəaliyyətimizin ilk günlərindən keyterinq xidmətləri ilə yanaşı, təmizlik və evdarlıq xidmətləri də göstərmişik. Bu xidmətlər əsasən dəstək xarakteri daşımaqla, müştərilərimizin təlabatlarını tam ödəməyə yönəlmiş və ən əsası müvafiq təcrübə toplamaqda bizə kömək olmuşdur. Öz təcrübəmizdən və digər şirkətlərin uyğun təcrübəsindən bəhrələnərək bütün müştərilərimizin ehtiyaçlarına uyğun təmizlik çözümləri və proqramlar tərtib edib, xidmətə keyfiyyət və elmi yanaşma gətirərək, “RS-Cleaning” adı altında fəaliyyətimizi davam etdirdik. Dinamik inkişaf edən “RS-Cleaning” fəaliyyətinin keyfiyətini, miqyasını, növünü və sayını artıraraq təmizlik sektorunda peşəkar xidməti ilə öz layiqli yerini tutdu. Bu gün 350 nəfərlik personalı ilə 250000 m² sahənin təmizlik işlərinin aparılmasının qürurunu yaşayan markamız aşağıdakı xidmətləri göstərərək təmizliyin təmin edilməsi yollarını təklif edir: Otaqların yığışdırılması Şüşə və fasad təmizlənməsi Açıq ərazilərin təmizlənməsi Təmirdən sonra təmizlik Əsaslı təmizlik Gündəlik təmizlik Kompleks təmizlik Qardan təmizləmə Qapalı sahələrin təmizlənməsi Xüsusi təmizlik (HVAC) Bundan başqa, bizim şirkətimiz sənaye alpinizmi, xususi mərmər kristalizasiyası, mətbəx təmizlik xidmətlərini də müştərilərinə təklif edir.

Xəritədə göstər
  • Bağlıdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Restoran

Şirin Pay

Bakı şəhəri, Azerbaijan

Şirinpay yeni yerli brend olaraq, 2017 – ci ildə yaradılmışdır. Brendimiz işini dünyada geniş vüsət almış “Al-Apar” (“Grab&Go”) konsepsiyası üzərində qurur və aşağıdakı xidmətləri təklif edir: Müştərilərin özləri ilə rahat apara bilməsi üçün hazır yeməklərin qablaşdırılması; Sifarişə uyğun yemək hazırlanması və yerindəcə istehlak etmək üçün müştəriyə rahat və gigiyenik şəraitin yaradılması; Yarı-bişmiş və çiy yarımfabrikatların hazırlanması; Milli və dünya mətbəxindən qənnadı məmulatların hazırlanması. Şirinpay standartları səviyyəsində hazırlanmış məhsullar müştəri rahatlığını nəzərə almaqla qablaşdırılır, təhlükəsiz daşınır və iştahla yeyilir. Bu məmulatlar yüksək peşəkarlıq səviyyəsinə malik şirniyyatçı və aşpazlar komandası tərəfindən hazırlanır. Şirinpay ilk olaraq 1 brend mağazası olmaqla fəaliyyətə başlamışdır. Şirinpay öz missiyasını hər bir müştərinin məmnun qalması üçün səmərəli və peşəkarlıqla çalışmaqda görür.

Xəritədə göstər
  • Hazırda açıqdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0

Sign In