3 Bütün nəticələr

Ətraflı izləyin
Ümumi

RPC -CO

Bakı şəhəri, Azerbaijan

Əsası 2003-cü ildə qoyulmuş "RPC-Co" MMC Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparmaq üçün respublikada ilk lisenziya almış şirkətdir. Güclü kadr potensialı formalaşdırmağa və texniki baza qurmağa nail olan şirkətimiz qısa bir zamanda keçmişdən qalmış stereotipləri sındıraraq, bu sahədə böyük dəyişikliklər etmiş, yeni üsul, prosedur və formaların tətbiqini ilk olaraq həyata keçirmişdir. “RPC-Co” MMC ali ixtisaslı epidemioloq, entomoloq, herpetoloq və texniklərdən təşkil olunmuş təcrübəli personalı ilə aşağıdakı xidmətləri effektiv surətdə həyata keçirir: Həşəratlarla mübarizə (Dezinseksiya) Gəmiricilərlə mübarizə (Deratizasiya) Dezinfeksiya işləri İlanlara nəzarət Quşlara nəzarət Sahibsiz itlərə və pişiklərə nəzarət Termitlərlə mübarizə Taxıl, un və digər qida anbarlarının fumiqasiyası Şirkət personalı öz fəaliyyəti zamanı yalnız elmi cəhətdən təsdiqlənmiş prosedurlarla işləyir, müasir avadanlıqlardan və təbiətə minimal təsir edən kimyəvi vasitələrdən istifadə edir. Şirkət 17 illik fəaliyyəti dövründə Bakı Tbilisi Ceyhan, TANAP, Avrovijin, 1-ci Avropa Olimpiya Oyunları kimi dövlət əhəmiyyətli böyük layihələrdə aktiv və səmərəli xidmət göstərməklə sifarişçilərin rəğbətini qazanmışdır.

Xəritədə göstər
  • Hazırda açıqdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Ümumi

RS Cleaning

Bakı şəhəri, Azerbaijan

TAİS İKF olaraq fəaliyyətimizin ilk günlərindən keyterinq xidmətləri ilə yanaşı, təmizlik və evdarlıq xidmətləri də göstərmişik. Bu xidmətlər əsasən dəstək xarakteri daşımaqla, müştərilərimizin təlabatlarını tam ödəməyə yönəlmiş və ən əsası müvafiq təcrübə toplamaqda bizə kömək olmuşdur. Öz təcrübəmizdən və digər şirkətlərin uyğun təcrübəsindən bəhrələnərək bütün müştərilərimizin ehtiyaçlarına uyğun təmizlik çözümləri və proqramlar tərtib edib, xidmətə keyfiyyət və elmi yanaşma gətirərək, “RS-Cleaning” adı altında fəaliyyətimizi davam etdirdik. Dinamik inkişaf edən “RS-Cleaning” fəaliyyətinin keyfiyətini, miqyasını, növünü və sayını artıraraq təmizlik sektorunda peşəkar xidməti ilə öz layiqli yerini tutdu. Bu gün 350 nəfərlik personalı ilə 250000 m² sahənin təmizlik işlərinin aparılmasının qürurunu yaşayan markamız aşağıdakı xidmətləri göstərərək təmizliyin təmin edilməsi yollarını təklif edir: Otaqların yığışdırılması Şüşə və fasad təmizlənməsi Açıq ərazilərin təmizlənməsi Təmirdən sonra təmizlik Əsaslı təmizlik Gündəlik təmizlik Kompleks təmizlik Qardan təmizləmə Qapalı sahələrin təmizlənməsi Xüsusi təmizlik (HVAC) Bundan başqa, bizim şirkətimiz sənaye alpinizmi, xususi mərmər kristalizasiyası, mətbəx təmizlik xidmətlərini də müştərilərinə təklif edir.

Xəritədə göstər
  • Bağlıdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0
Ətraflı izləyin
Restoran

Şirin Pay

Bakı şəhəri, Azerbaijan

Şirinpay yeni yerli brend olaraq, 2017 – ci ildə yaradılmışdır. Brendimiz işini dünyada geniş vüsət almış “Al-Apar” (“Grab&Go”) konsepsiyası üzərində qurur və aşağıdakı xidmətləri təklif edir: Müştərilərin özləri ilə rahat apara bilməsi üçün hazır yeməklərin qablaşdırılması; Sifarişə uyğun yemək hazırlanması və yerindəcə istehlak etmək üçün müştəriyə rahat və gigiyenik şəraitin yaradılması; Yarı-bişmiş və çiy yarımfabrikatların hazırlanması; Milli və dünya mətbəxindən qənnadı məmulatların hazırlanması. Şirinpay standartları səviyyəsində hazırlanmış məhsullar müştəri rahatlığını nəzərə almaqla qablaşdırılır, təhlükəsiz daşınır və iştahla yeyilir. Bu məmulatlar yüksək peşəkarlıq səviyyəsinə malik şirniyyatçı və aşpazlar komandası tərəfindən hazırlanır. Şirinpay ilk olaraq 1 brend mağazası olmaqla fəaliyyətə başlamışdır. Şirinpay öz missiyasını hər bir müştərinin məmnun qalması üçün səmərəli və peşəkarlıqla çalışmaqda görür.

Xəritədə göstər
  • Hazırda açıqdır
  • Dəyərləndirilməyib 0 Dəyərləndirmə 0.0

Sign In