1 Result for all

Watch details
General

General Construction - Avtomatik Qapilar

Bakı şəhəri, Azerbaijan

Yaşadığımız dövrdə avtomatikanın sürətlə inkşaf etdiyini görürük və artıq qapılarımızı avtomatik olmadan təsəvvür edə bilmirik. Təbii ki, hamımız etibarlı şirkət axtarışındayıq. Məhz bunun üçün artıq uzun ilərdir ki, biz sizin xidmətinizdəyik. Niyə məhz General Construction? İlk olaraq, General Construction avtomatik qapılar və avotmatik giriş sistemləri şirkəti kimi şirkətin direktoru Memar Əli Habil oğlu İsmayılzadə tərəfindən yaradılmışdır. İlk olaraq, əsas məqsəd avtomatik qapılar və giriş sistemlərinin avtomatlaşdırılması sahəsində lider olan Avropanın qabaqcıl şirkətlərinin məhsullarını Azərbaycanda satışını həyata keçirmək idi. Dövrün, texnlogiyanın və müştərilərin tələblərini nəzərə alaraq, şirkətimiz böyüyərək bir neçə sahəyə ayrıldı, daha sonra lift və esakalatorların, alüminium profil sistemlərinin, təhlükəsizlik sistemlərinin, tent sistemlərinin, dəmir və alüminium darvazalarının satışına, quraşdırılmasına və texniki xidmətinə başladı. Hazırda General Construction sürətlə inkşaf edərək, bir sıra aparıcı şirkətlər ilə əməkdaşlıq edən bir şirkətə çevrilmişdir. General Construction şirkəti 10 ildən artıq peşəkar təcrübəyə malik olan işçi heyyətiylə tikinti bazarında öndə gedən şirkətlərdən biridir.General Construction Bakıda və Azərbaycanın bölgələrində fotosel qapıların, fırlanan qapıların, jalüz qaraj qapılarının, panel qaraj qapılarının, sənaye qapılarının, yüksək sürətli qapıların, darvaza mühərriklərinin, park bariyerlərinin (şlaqbaumların), lift və esakalatorların, aluminium profil sistemlərinin, təhlükəsizlik sistemlərinin, tent sistemlərinin, dəmir və alüminium darvazalarının satışını, quraşdırılmasını və texniki xidmətini həyata keçirir.Şirkətimizin bütün məhsulları -40 dərəcədən +60 dərəcə hava temperaturuna davamlıdır və bütün müştərilərimizin həyatını rahat və təhlükəsiz etmək üçün nəzərdə tutulmuşdur. General Construction şirkəti inkişaf etdikcə son illərdə daha böyük uğurlara imza atmışdır.Beləki, dünyaca məşhur olan brendlərin Azərbaycanda rəsmi distribyutorluğunu almışdır. 1 sentyabr 2017-ci il tarixində General Construction “Breda” İtaliya istehsalı olan seksional panel qaraj qapıların , 1 aprel 2018-ci il- “Cuppon” Türkiyyə istehsalı olan fotosel qapıların və 01 Noyabr 2018-ci il tarixindən “Smart Label İtaliya istehsalı olan avtomatik fotosel qapıların rəsmi distribyutorluğunu almışdır. Bununla bərabər, General Construction “Doorhan”, “Came”, “Alutech”, “Saela”, “Assa Abloy”, “Efodoor”, “Metaxdoor” və “Dorma” kimi dünyada məşhur olan brendlərin Azərbaycanda rəsmi təmsilçisidi. Qeyd edək ki, biz məhsullarımıza və görülmüş işlərə rəsmi zəmanət veririk. Məhsullarımızın mühərrikinə əminliklə 5 il, rənginin davamlığına isə 50 il zəmanət veririk.

Show on map
  • Closed
  • Unreviewed 0 Reviews 0.0

Sign In