Ens.az- 4 dildə xəbərlər və ensiklopediya
Gəncə şəhəri, Azerbaijan"FAM Group Media" MMC rəsmi olaraq 2018-ci ilin iyul ayında təsis olunmuşdur. "FAM Group Media" MMC rəsmi olaraq 2018-ci ilin iyul ayında təsis olunmuşdur. Əsas istiqamətlərimiz İT və Media sahəsidir. Bu yöndə daha əvvəllər əldə etdiyimiz təcrübə bazasında yaratdığımız şirkət artıq qısa müddətdə xeyli uğurlu işlərə imza atmışdır. Şirkətin media istiqamətində fəaliyyəti Ens.az saytı ilə həyata keçirilir. Bu, 4 dildə fəaliyyət göstərən xəbər və ensiklopedik məlumat saytıdır. Saytın başlıca məqsədi ictimaiyyəti müasir dövrün tələbələrinə və çağırışlarına uyğun informasiya və bilgilərə tanış etmək, maarifləndirmə istiqamətində fəaliyyət göstərməkdir. Əsas iş prinsipimiz dəqiqlik, operativlik, tərəfsizlik və obyektivlikdir. Saytımız son illərdə dəb halını almış ucuz sensasiya xatirinə keyfiyyətsiz, ictimai mənafe baxımındam zərərli, əsaslı məzmun daşımayan xəbərləri, dedi -qodu xarakterli yazıları birmənalı şəkildə yerləşdirmir. Ens.az-da habelə sifarişli yazılar, insanların psixologiyasına ağır təsir göstərən faciəvi olaylar- qəza, ölüm və bu kimi kriminal xəbərlər də verilmir. Saytımızın əsas xətti maarifləndirmə olduğu üçün siyasi xarakterli yazılara da yer ayırmırıq. Bu baxımdan istisnaya yalnız ölkəmizin ərazi bütövlüyü və ictimai -siyasi sabitliyin pozulması ilə bağlı yarana biləcək xüsusi zərurət hallarında yol verilə bilər. Saytımızın xəbər blokuna gündəlik 300-400 xəbər əlavə olunur, digər media saytlarında olmayan məqalələr də tərcümə edilərək oxuculara çatdırılır. Ensiklopediya hissəsində 30 minə yaxın məqalə vardır və bu bölmə müntəzəm olaraq zənginləşdirilir. Biz informasiya ilə yanaşı elm, səhiyyə , texnologiya və ümumi dünyagörüşü ilə bağlı maarifləndirici bilgilərin sayına və məzmun dəyərinə görə ölkəmizin internet məkanında öncül yerlərdən birini tuturuq. Biz müasir texnologiyalar barədə məlumat vermirik, onun imkanlarından səmərəli şəkildə yararlanırıq da. Saytımızda səsli xəbərlər bloku var ki, "tənbəl" oxuculara və yaxud səsli məlumat həvəskarları üçün belə bir unikal imkan təqdim edirik.
Show on mapGƏNCƏ DƏYİRMAN
Gəncə şəhəri, Azerbaijan“Gəncə Dəyirman” MMC 21.10.1988 tarixdə “Fatoğlu İstehsal Azərbaycan LTD şirkəti “ BM adı ilə yaradılmışdır. Müəssisənin yerləşdiyi ərazi köhnə Gəncə Metal bazasının ərazisidir. Ərazi və tikililər Gəncə Metal bazası tərəfindən “Fatoğlu İstehsal Azərbaycan LTD şirkəti” BM-nin təsisçilərindən birinə satıldıqdan sonra nizamnamə kapitalına aid edilərək müəssisənin balansına keçirilmişdir. Ərazisi 4.5 ha ibarətdir. Müəssisə 23.01.2012 tarixdən etibarən “Gəncə Dəyirman” MMC adlanır. Müəssisə buğda emalı və un istehsalı ilə məşğuldur. İllik istehsal gücü 95 min ton buğda emalıdır. Keçən il müəssisə tam istehsal gücü ilə fəaliyyət göstərmişdir.
Show on map