Professor Yunis Yusubov

Professor Yunis Yusubov

Nəsimi, Bakı
Mobil telefon təsdiqli
Mesaj Göndər
Fotoşəkilləri böyüt

Professor Yunis Yusubov haqqında

Tibb elmləri doktoru, professor Yunis Əmiraslan oğlu Yusubov 1942-ci ildə anadan olmuşdur.

O, 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir. 1972-ci ildə Kiyev həkimləri Təkmilləşdirmə İstitutunun cərrahi stomatologiya kafedrasına aspiranturaya qəbul olunmuşdur. 1975-ci ildə tibb elmləri namizədlik dissertasiyasını müdafiə edərək, Kiyev Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında assistent işləmişdir. 1988-ci ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına professor vəzifəsinə seçilmişdir.

Professor Y.Ə. Yusubov 300-dən çox elmi işin, o cümlədən iki dərsliyin, üç kitabın, bir monoqrafiyanın (həmmüəllifi), 23 ixtiranın, 15 metodik tövsiyyə və metodik işləmələrin müəllifidir. O, bir çox Beynəlxalq konfrans və konqreslərdə iştirak etmişdir (Türkiyə 1997-2012-2013-2014, İran 2008-2010, İtaliya 2008, İspaniya 2013). 1999-cu ildən Beynəlxalq Üz-Çənə Cərrahlar Assosiasının, 1997-ci ildən Azərbaycan Stomotoloji Assosiasiya Şurasının üzvü və cərrahi stomatologiya bölməsinin rəhbəridir.

1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirmişdir. Professor Y.Ə. Yusubovun üz-çənə cərrahiyyəsində bir sıra yeni orijinal cərrahi üsullara patent almaqla gündəlik təcrübədə geniş tətbiq olunur.

Şərhlər

Şərh Yaz

1-5 arası dəyərləndirin!

İş saatı

Həftə içi 10:00-18:00
Şənbə 10:00-18:00
Bazar 10:00-15:00
Etiketlər

Yeniliklərdən xəbərdar olmaq istəyirsiniz?


Sektor.az 2018 - Bütün hüquqlar qorunur. Saytın materiallarından istifadə edərkən hiperlinklə istinad edilməlidir.